Çərşənbə axşamı , Aprel 14 2026
azfa

PKK terror təşkilatına ağır zərbə

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İraqın Mosul şəhərinin Sincar rayonunda 51 PKK üzvü təşkilatı tərk edərək İraq Kürd Regional Rəhbərliyinə bağlı peşmərgə qüvvələrinə qoşulub.

Bu barədə “Kürdüstan 24” telekanalına Kürdistan Demokratik Partiyası Sincar məsulu Aşti Koçər açıqlamasında deyib.

İraq Kürd Regional Rəhbərliyi məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Həmçinin Türkiyə hərbçilərindən uğurlu əməliyyat nəticəsində daha bir neçə PKK terrorçusu məhv edildi.

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimal-qərbində həyata keçirdiyi tədbirlər nəticəsində hücum hazırlığında olan terrorçular məhv edilib.

Publika.az xəbər verir ki, PKK terror təşkilatının bu ölkədəki qanadı YPG-nin “Zeytun budağı” əməliyyat zonasına hücum hazırlayan 6 terrorçu zərərsizləşdirilib.

Həmçinin yoxlayın

Molla rejimi böyük şəhərlərdə təhlükəsizlik tədbirlərini gücləndirib

GADTB: Son günlər yayılan məlumatlara görə, Tehran və digər iri şəhərlərdə təhlükəsizlik vəziyyətində nəzərəçarpacaq dəyişikliklər …

Barnea: Mossadın missiyası İranda “rejim dəyişənədək” davam edəcək

Gadtab: İsrailin xüsusi xidmət orqanı Mossadın rəhbəri David Barnea bildirib ki, rəhbərlik etdiyi qurumun fəaliyyəti …