Bazar , Noyabr 29 2026
azfa

Türk ölkələrinin Xarici işlər nazirləri sabah İstanbulda toplaşır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türk Ölkələrinin Əməkdaşlıq Şurasına üzv ölkələrin Xarici işlər nazirlərinin sabah İstanbulda toplantısı olacaq.

Türkiyənin Xarici İşlər Nazirliyinin xəbərinə görə, Əfqanıstan mövzusunda müzakirələr aparılacaq fövqəladə iclas Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun dəvətilə baş tutur.

İclasda Türk Şurasına üzv olan Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanın, müşahidəçi qismində isə Macarıstanın xarici işlər nazirləri iştirak edəcəklər.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oyta Sidneydə Tatar türklərinin Sabantuy festivalına qatılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti, Güney Azərbaycan Demokratik Türk …

Dolların məzənnəsi 302 min tüməni keçdi: İran iqtisadiyyatı tam çöküşün astanasındadır

GADTB: İranın azad bazarında rialın dəyəri dəhşətli sürətlə ucuzlaşmaqda davam edir. ABŞ dollarının məzənnəsi bazar …