GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, terror təşkilatı PKK/PYD Suriyada “Sülh çeşməsi” bölgəsinə sızmağa cəhdlərini davam etdirir. Son vaxtlar artan hücumların səbəbi Rusiya ilə Türkiyəni Eyn-İsa bölgəsində qarşı-qarşıya gətirməkdir.
Bunu “A Haber”in jurnalisti Kərim Ulak bildirib.
“Rusiyanın daha öncə istifadə etdiyi qərargaha yerləşən terrorçular türk ordusunun olduğu bölgəyə hücum etdilər. Bu kirli planı isə PUA-lar pozdu. Qərargahda rusların deyil, terrorçularn olduğu təsbit edildi və son 32 gündə həyata keçirilən əməliyyatda 115 terrorçu məhv edildi”, – Ulak qeyd edib.