GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyәnin Milli Müdafiә Nazirliyinin rәsmi ‘‘Twitter’’ sәhifәsindәn verilәn mәlumatda görə, Separatçı terror tәşkilatı PKK/YPQ-nin Suriyanın Tel Abyad qәsәbәsindә minalanmış avtomobil ilә hәyata keçirdiyi hücum nәticәsindә 8 dinc sakin hәlak olub.
Mәlumatda deyilir: ‘‘Terror tәşkilatı PKK/YPQ ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәdә olan dinc vәtәndaşları hәdәf aldı. Terrorçuların Tel Abyad qәsәbәsinin Suluk Atik bölgәsindә törәtdiyi hücum nәticәsindә 1-i uşaq vә 1-i dә qadın olmaqla 8 dinc vәtәndaş hәlak oldu, çox sayda adam da yaralandı’’.