GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Dövlət katibi Mayk Pompeo Tvitter səhifəsində yazıb ki, İranın raket proqramının qarşısının alınması üçün beynəlxalq məhdudiyyətləri sərtləşdirmək lazımdır.
Mayk Pompeo deyib: “Sonuncu raket buraxılışı növbəti dəfə sübut edir ki, İranla nüvə razılaşması onun raket proqramının qarşısını almağa yardım etmir. İran ballistik raket potensialını artırmaqla BMT Təhlükəsizlik Şurasına meydan oxuyur. Biz İranın raket proqramının qarşısını almaq üçün sərt məhdudlaşdırıcı tədbirləri bərpa etməliyik”.