Qərbi Azərbaycanda kənd evlərinin 70 faizi zəlzələyə davamsızdır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran adlanan ölkənin müstəmləkəçilik siyasəti nəticəsində bir əsərə yaxın bir dövrdə Güney Azərbaycan qəsdən geri saxlanılıb. Nəticədə kəskin yoxsulluq və infarstruktur zəifliyi əmələ gəlib. Nəticədə əhali öz köhnəlmiş evlərini beynəlxalq standartlar səviyyəsində yenidən tikib möhkəmləndirməyə qadir deyil.   

Qərbi Azərbaycan vilayətininMəskən Fondunun direktoru Mahmud Bədəli bu barədə deyib ki, bu vilayətin 158 min 990 kənd evi yəni vilayətin kənd evlərinin 70 faizi zəlzələyə qarşı davamsızdır.

O tədrici olaraq kənd evlərinin möhkəmləndirilməsi proqramının icra edilməsi məsələsindən danışıb və qeyd edib ki, bu barədə müəyyən proqram icra edilir.

Bədəli qeyd edib ki, kənd evlərinin möhkəmləndirilməsi zəlzələ, s. hadisələrdən evlərin və əkin ərzilərinin mühafizəsində çox mühüm rol oynayır. Kənd əhalisinin möhkəmləndirmə əməliyyatında əməkdaşlıq etməsini ümid edirəm.

Həmçinin yoxlayın

Təbriz Mərkəzi Həbsxanasında kritik vəziyyət yaranır

GADTB: İnsan hüquqları təşkilatları 8 ordibehişt 1405-ci il tarixində yaydıqları hesabatda ABŞ və İsrailin İranla …

JISS: “SEPAH zəifləmiş İranda hakimiyyəti qoruyub saxlayır, lakin daxili parçalanmalarla üzləşir”

GADTB: Yerusəlim Strategiya və Təhlükəsizlik İnstitutunun (JISS) məlumatına görə, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daxili …

Bir cavab yazın