Çərşənbə , Aprel 22 2026
azfa

Qəzvindən olan azərbaycanlı fəal Rza Behruzi həbsə məhkum edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qəzvindən olan azərbaycanlı fəal Rza Behruzi rejimin Qəzvindəki İnqilab Məhkəməsi tərəfindən həbsə məhkum edilib.

Azərbaycanlı fəal İran rəhbəri Əli Xameneyini tənqid etdiyi üçün 1 il həbs, “ictimai fikri təhrik etmək üçün yalan yaymaq” ittihamına görə isə 10 milyon tümən cərimə cəzasına məhkum edilib.

Eyni zamanda rejimin Dövlət və İnqilab Prokurorluğu Rza Behruzinin xanımı Suri Babayi Çeginiyə çağırış göndərərək onun “hökumətə qarşı təbliğat”da ittiham olunduğunu bildirib və prokurorluğa müraciə etməsini istəyib.

Qeyd edək ki, 2021-ci il avqustun 22-də sosial mediada Rza Behruzinin mülki geyimli təhlükəsizlik məmurları tərəfindən yaxalanaraq naməlum yerə aparıldığını əks etdirən video yayılmışdı. Sonradan ictimai fəalın Əli Xameneinin xaricdən koronovirusa qarşı peyvəndin alınmasını qadağan etdiyinə görə tənqidi videolar paylaşdığı üçün yaxalandığı məlum oldu.

Həmçinin yoxlayın

Sepah terror təşkilatı Hörmüz boğazında iki gəmini hədəfə alıb

GADTB: Bu gün Sepah terror təşkilatı Hörmüz boğazından keçməyə cəhd edən Avropanın ən böyük gəmiçilik …

Paşinyan TRIPP üzrə işlərə bu il başlanılacağını deyir

GADTB: Ermənistanın Baş naziri Nikol Paşinyan əmindir ki, TRIPP layihəsi üzrə işlərə 2026-cı ildə başlanılacaq. …