Şənbə , Oktyabr 17 2026
azfa

“Qarabağ” Xankəndi şəhər stadionunda 1/8 final görüşü keçirəcək

GADTB: Ağdam klubu ölkə kubokunun 1/8 final görüşünün oyununu məhz işğaldan azad edilmiş şəhərdə keçirəcək.

Bununla əlaqədar Xankəndi şəhər stadionunda təmir-bərpa işləri davam edir. “Qarabağ”ın səfər planı artıq tutulub. 1/8 final görüşləri dekabrın 19-21-i arasında keçiriləcək.

Belə ki, Ağdam klubu matçdan bir gün əvvəl səhər saatlarında Heydər Əliyev adına Bakı Hava limanından Füzuli hava limanına uçacaq. Komandanın oyundan bir gün qabaq Şuşada qalacağı gözlənilir.

Matç günü isə komanda Xankəndi Şəhər Stadionuna yollanacaq. Matçdan sonra isə “Qarabağ” Füzuli hava limanına yollanacaq və oradan da Bakıya uçacaq.

Qeyd edək ki, ağdamlıların rəqibi hələ ki, dəqiqləşməyib. İkinci təsnifat mərhələsində MOİK – “Cəbrayıl” görüşündən sonra “Qarabağ”ın rəqibi bəlli olacaq.

Həmçinin yoxlayın

Rusiya və Çin İrana yardım etməklə ABŞ-ın müharibədə xərclərini artırmağa çalışıblar

GADTB: İran və ABŞ arasında müharibə artıq yalnız iki köhnə düşmənin qarşıdurması deyil. Raket hücumları …

Türkiyə orduya daha 80 ANKA-3 verəcək

GADTB: Türkiyə mediası məlumat yayıb ki, Türkiyə Silahlı Qüvvələri arsenalına daxil etmək üçün 80 ədəd …