Cümə axşamı , Yanvar 2 2025
azfa

Qarabağdakı Rusiya sülhməramlılarının taleyi Azərbaycanla müzakirə olunur

GADTB: Rusiya sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələləri Azərbaycan tərəfi ilə müzakirə edir. Bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.

Onun sözlərinə görə, məsələnin müzakirəsi Ermənistan rəhbərliyinin Qarabağın Azərbaycana aid olduğunu etiraf etmək qərarından sonra intensivləşib.

“Rusiya sülhməramlı kontingenti Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il noyabrın 9-dakı üçtərəfli bəyanatına uyğun olaraq Dağlıq Qarabağ münaqişəsi zonasında yerləşdirilib”, – diplomat xatırladıb.

O qeyd edib ki, bu sənədi heç kim ləğv etməyib. “Bu, sülhməramlılarımızın bölgədə 5 il, yəni 2025 – ci ilin noyabr ayına qədər və sonra daha da uzadılması ehtimalı ilə yerləşməsini nəzərdə tutur”, – Qaluzin deyib.

O, etiraf edib ki, “yer üzündə” vəziyyət Ermənistanın Qarabağla bağlı Avropa İttifağının himayəsi altında keçirilən sammitlərdə təsbit olunmuş qərarından sonra kəskin şəkildə dəyişib.

“İndi sülhməramlıların Qarabağda qalması ilə bağlı məsələlərə yalnız Azərbaycan tərəfi ilə baxılır”, – diplomat vurğulayıb.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …