Şənbə , Aprel 27 2024
azfa

Qarabağı Qıpçak (Alban) kilsələri

GADTB: Qarabağda qıpçaq izlərinə alban irsi olaraq günümüzə qədər gəlib çatan kilsələrdə də rast gəlmək mümkündür. Kəlbəcər rayonunda Xaçınçayın sol sahilində yerləşən Gəncəsər monastrı üzərindəki kitabədən də məlum olduğu kimi, Alban-Xaçın hökmdarı Həsən Cəlal və anası Hurişah Xatun (Xorişə) tərəfindən 1216-1238-ci illərdə inşa

edilmişdir. Gəncəsər məbədinin kitabəsində belə bir məlumat da öz əksini tapıb:

“Müqəddəs Üçlüyün — Ata, Oğul və Müqəddəs ruhun adı ilə, mən, Tanrının xidmətçisi, Həsən Dövlə, Vaxtanqın oğlu, Böyük Həsənin nəvəsi, geniş əyalətləri ilə

Xoxanaberdin çarı bu kitabəni yazmağı əmr etdim. Atam, ölümü və digər dünyaya köçməsindən əvvəl mənə və böyük knyaz Sərkisin qızı olan anam Xorişəyə (Hurişaha -R.Ə., E.N.), atalarımızın məzarı olan Gəncəsərdə bu kilsəni inşa etməyi vəsiyyət etdi ki,

biz də inşaata erməni təqviminin 765-ci ilində (1216-cı ildə) Ruzi verənin köməkliyi ilə başladıq və şərq divarını pəncərəyə qədər inşa etdikdə dünyəvi həyatdan imtina edən anam üçüncü dəfə Yerusəlimə ziyarətə yola düşdü, orda rahibə köynəyi geyinərək illərlə

Müqəddəs Qəbir kilsəsinin qapıları ağzında zahid həyatı sürərək vəfat etdi və orda da dəfn olundu. Biz isə həyatda qarşımıza çıxa biləcək bədbəxtlikləri yadda saxlayaraq inşaatı tamamlamağa çalışdıq və Rəhmli Rəbbin lütfü və xeyir-duası ilə onu 782-ci ildə (1238-ci ildə) tamamladıq”.25 Monastır tikilib qurtarandan sonra Həsən Cəlal tikilinin

üzərinə bu dini abidəni Alban xalqı üçün inşa etdirdiyini bəyan edən kitabə

yazdırmışdır: “Mən, Həsən Cəlal onu mənim Alban xalqım üçün inşa etdim”. Bu monastır kompleksi əksər Alban xristianlıq abidələri kimi daha qədim zamanlara aid tapınağın üzərində inşa edilmişdir.26 Qeyd edək ki, albanlar da digər yerli türk boyları kimi məbədə tapınaq deyirdilər. 27 Həsən Cəlalın atası Vaxtanq Girdiman qalası və kəndini Alban-Xaçın knyazlığına birləşdirmişdir. 28 Həsən Cəlalın hakimiyyəti dövrü

“Alban intibahının son dövrü” idi. Onun Qəzvində monqollar tərəfindən öldürülməsi ilə bu dövr sona çatmışdır.29 Alban tarixçisi Musa Kalankatlının “Alban tarixi” əsərinin davamı məhz bu dövrdə yazılmış, Gəncəli Kirakos özünün “Tarix” əsərini məhz bu dövrdə qələmə almışdır.

Alban-Xaçın knyazları soy-kök baxımından yaxın olan tanınmış Qıpçaq

nəsillərindən qız alırdılar. Həsən Cəlalın atası Ərsak türklərinə, anası isə Qıpçaq türk nəsillərinə mənsub idilər. Hurişah Xatunun babası Qıpçaq əsilli Uzunqollular soyunun bəyi Vaqram (Zaxare), atası Akbuğa, qardaşları isə Vaqram, Zaxare və İvane idi.30 Bu

nəsil gürcü mənbələrində Mhargrdzeli adlanır ki, bu sözün gürcü dilindən tərcüməsi “uzun qol” deməkdir. 1913-cü ildə A.Şahnazaryan ermənicə yazdığı əsərində heç bir qaynağa istinad etmədən özünün uydurduğu konsepsiyaya görə Uzunqollular nəslinin

Babilistandan gəldiyini qeyd etmişdir. A.Şahnazaryan yanlış olaraq bu sülaləni Zaxarın adı ilə Zaxaryan sülaləsi adlandırmışdır. Onun bu səhvini sonralar V. Minorski və V.E. Devid Allen də təkrar etmişlər. 31 Əslində onları çaşdıran bəzi gürcü mənbələrində Qıpçaq əsilli sərkərdələrin adlarının qarşısında bir çox hallarda Kurd (türkcədə Qurd) sözünün işlədilməsidir. Y.A.Manandyan A.Şahnazaryanın bu mülahizəsini qəti şəkildə rədd edərək həqiqətə uyğun olmadığını göstərmişdir. 32 V.Minorski “Qafqaz tarixi araşdırmaları” (Studies in Caucasian History) adlı əsərinin “Mhargrdzeli şahzadələri” adlı fəslində Gəncəli Kirakosun verdiyi məlumata istinadən bu nəslin “(xel) Babirakan”

(?) tayfasına mənsub olduğunu, bu tayfanın isə Mesopotamiyada Mangur kürd federasiyasına daxil olan Piran boyundan olduğunu göstərir. Gəncəli Kirakosun əsərinin tərcüməçilərindən biri olan L.A.Xanlaryan bu etnonimin mətndə բաբիրա կանխէլ şəklində, yəni Babirakan xel kimi yazıldığını qeyd etsə də, özünün tərcüməsi olan nəşrdə saxtakarlıq edərək “kürd” sözünü əlavə etmişdir.35 Qeyd edək ki, bu qədim

türk soyunun mənsub olduğu oymağın adı Bay Börü xan Eli kimi başa düşülməlidir.

Maraqlıdır ki, Mxarqrdzeli nəslinin nümayəndələri arasında 3 Ağbuğa adlı şəxs də olub.Xaçın knyazı Həsən Cəlalın (1214-1261) həyat yoldaşı Mamqan, oğlu İvane-Atabəy, qızları Ruzuxan36, Mama xatun və Mina xatun idi. İosif Orbelinin Həsən Cəlal barədə verdiyi məlumat da maraqlıdır. O yazırdı:

“1142-ci ildən Xaçın evinin başında Sakar Vaxtanqın oğlu Həsən dayanırdı. Bu Həsən 1152-ci ildə şanlı Baqratilər nəslinin Lori qolunun son nümayəndələrindən biri çar Kürikin (Gürgənin) qızı Mama xatunla evləndi.. o özünü hAterk, hAndaberd, Xaçenaberd və hAvkaxaqats qalalarının hakimi adlandırır. Bütün bu məlumatları 3 yazı təsdiq edir: ikisi 1182-ci ildə Dadi monastrında olan yazı və 1201-ci ildə Xatra monastrında olan yazı”. Alban – Xaçın knyazlığı Eldənizlər dövlətinə tabe olmaqla, həm qıpçaqlarla, həm də monqollarla qohumluq əlaqələri yaratmaqla bir müddət daxili müstəqilliyini qoruyub saxlaya bilmişdi. Qıpçaq qızı Hurişah Xatun və oğlu Həsən Cəlal tərəfindən Gəncəsər monastır kompleksinin inşa etdirilməsi və Azərbaycan ərazisində yerli xristian əhalinin vahid dini mərkəzinə çevirilməsi Alban etnosunu erməni və gürcü işğalçılarının hücumlarına qarşı qorudu,

tamamilə məhv olmaqdan xilas etdi.

Orta əsrlər dövründə Alban apostol kilsəsinin mərkəzi olan Gəncəsər məbədinin tarixində ən ağır və faciəli dövr 1836-cı ildən sonra başlandı. Həmin ildə Rusiya Sinodunun qərarı ilə müsəqil Alban kilsəsi rəsmi olaraq ləğv edilərək diofizit mərkəzi statusunu itirmiş və erməni qriqoriyan kilsəsinin təsiri altına keçmişdir. 39 Gəncəsər monastr kompleksi 27 il Ermənistan silahlı qüvvələrinin işğalı altında olduğundan

təhlükəli vəziyyətdədir. Abidənin tarixinin öyrənilməsi baxımından son dərəcə qiymətli mənbə olan kitabələri sökülüb, xaç daşları sındırılaraq yerinə erməni xaç daşları yerləşdirilib, həm xarici, həm də daxili görünüşündə ciddi dəyişikliklər edilmişdir. Yaxud da Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşən, bütövlükdə Azərbaycanın ən böyük kafedral statusu daşıyan Arzu

xatun kilsəsini də özündə ehtiva edən Xudavəng monastr kompleksi də qıpçaq tarixinə şahidlik edən tarixi abidələrdən biridir. Bu abidə 1214-cü ildə Yuxarı Xaçın knyazı Vaxtanqın həyat yoldaşı Arzu xatun tərəfindən inşa olunmuşdur. 40 Tərtər çayının qərbində yerləşir. Xudavəng monastr kompleksinin Arzu xatun kilsəsinin kitabəsində belə qeyd olunur:

“Hər şeyə qadir Tanrı Ata və onun yeganə Oğlu İsa Məsihin rızası, ən Müqəddəs ruhun bəxşişi ilə mən, İsa Məsihin itaətkar qulluqçusu, knyazlar knyazı böyük Kurdun qızı, Aterk və bütün uxarı Xaçının hakimi çar Vaxtanqın həyat yoldaşı, böyük ümid ilə həyat yoldaşım və övladlarım – ilk övladım Həsən və körpə ikən bizi tərk edərək Tanrıya qovuşmuş Qriqorun məzarları üzərində bu kafedral kilsəni inşa etdirdim”.

Yaxud da Kəlbəcərin Qamışlı kəndi ərazisində aşkar edilən kilsə timpanı üzərindəki yazılı daş üzərində belə bir maraqlı yazı öz əksini tapıb: “Dualarda xatırla ki, mən, Vaxtanqın həyat yoldaşı Arzu xatun və mənim bacım Mama xatun bu kilsəni inşa etdi”. 1191-ci ildə alban tarixçisi Mxitar Qoşa Nor Getik monastrını inşa etməyə kömək edən Arzu xatun Yuxarı Xaçın, Aterk (Həsənriz – Kəlbəcərdə kənd) knyazı Vaxtanqın (1182-1214) həyat yoldaşı idi. Qarabağın qıpçaq tarixinə nəzər salarkən Qarabağın alban məlikləri ilə bağlı da maraqlı məqamlar ortaya çıxır. 1723-cü ilin martında Qarabağ məliklərinin I Pyotra etdikləri müraciət məktubunda alban türkü ifadəsi 45 öz əksini tapıb. Maraqlıdır ki, mənbənin ermənicəsində bu ifadə alban türkü, rus dilinə tərcüməsində müsəlman alban46 kimi təqdim olunur. Yaxud da Dizaq məliyi Məlik Yeganın bacısı, Məlik Hüseyn I Məlik Şahnəzərin arvadı Anna xatun idi. Yaxud da Talış məlikliyi ərazisinə Murov dağının dərəsində əsası 1651-ci ildə qoyulmuş Yerek Mankunk monastrının katalikosu İsraelin bacısı Vard xatun idi.

Ramin Əlizadə,

Elnur Nəciyev.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …