Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Güney Azərbaycan şəhərlərində təqaüdçülər etiraz aksiyaları keçirdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Güney Azərbaycanın Təbriz, Zəngan, Ərak, Tehran, Kərəc, Sulduz Ərdəbil Həmədan və s. şəhərlərində təqaüdçülər Əmək və Sosial Rifah İdarələrinin qarşısına toplaşaraq etiraz aksiyası keçirdilər .

Güney Azərbaycan şəhərlərində bir müddətdir təqaüdçülərin etirazları davam edir. Onlar təqaüdlərin aşağı olmasından, əlavə sığorta problemlərindən və həyat şəraitinin pis olmasından şikayətlənib, inflyasiya ilə onların təqaüdlərinin uyğun olmadığını söyləyiblər. Azərbaycan şəhərlərin etiazçılar “Daş başıva Rəisi” və s. şüarlar səsləndiriblər.

Qeyd edək ki, iyunun 6-da Təbrizdə təqaüdçülərin möhtəşəm etiraz aksiyası  keçirərək, rejimə qarşı şüarlar səsləndirmişlər.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …