Qarabağın “Xəmsə məliklik”ləri haqqında

GADTB: Qarabağın xristian əhalisi albanlardır. XIX əsrdə Mirzə Adıgözəl bəy “Qarabağnamə” adlı əsərində yazırdı ki, bu xristian əhalisi beş mahalda yaşadığından bu mahallar birlikdə “Xəmsə məliklikləri” adlanırdı. Bu fakt Qarabağ tarixi ilə bağlı digər salnaməçilərin əsərlərində də öz əksini tapıb. Mərkəzi Tuğ kəndi olan Dizaq məlikliyinin hakimi məlik Yeqan Loridən, Vərəndə məliyi Şahnəzər Göyçə mahalından, Gülüstan məliyi Usub Şirvandan, Çöləbörd məliyi Allahqulu isə Zəngəzurun Mağavız kəndindən Qarabağın dağlıq hissəsinə köçüb gəlmişdir. Onların bir hissəsi yaşadıqları ərazilərdəki yerli Alban hökmdar sülaləsinə mənsub olan hakimləri öldürüb Qarabağa qaçmışdır. Qarabağa gəlmə olan bu xristian hakimləri əvvəllər heç bir ali titula sahib deyildilər. Onlara yalnız XVIII əsrin ortalarında Nadir şah Əfşar tərəfindən onlara məlik titulu verilmişdir. Xaçın məliki isə gəlmə yox, yerli olan qədim Alban hökmdar sülaləsinə – Həsən Cəlal nəslinə mənsub idi.

Qarabağa sonradan köçüb gəlmiş xristian əhalisinin erməni olduğunu iddia etmək tamamilə əsassızdır. Bunu arxiv sənədləri də təkzib edir. 1723-cü ilin martında Qarabağ məliklərindən dördünün rus çarı I Pyotra ünvanladıqları məktubda onlar özlərini “Alban türkləri” kimi təqdim edirlər. Lakin bu məktubda “Alban türkləri” ifadəsi yanlış olaraq rus dilinə “Alban müsəlmanları” şəklində tərcümə edilmişdir. Bundan başqa Qarabağın xristian məliklərinin 1781-ci ilin sentyabrında II Yekaterinaya ünvanladıqları məktubun erməni dilində olan variantında məliklər özləri haqqında “biz Arşaki soyundan olan Alban taxt-tacının çarları nəslinə mənsubuq” ifadəsini yazmışlar. Saxtakarlıqla məşğul olan erməni tarixçiləri həmin sənədi rus dilinə “biz erməni rəisləri nəslindənik” ifadəsi kimi tərcümə etmişlər. XIX əsrin 80-ci illərinin əvvəllərində əsl adı Akop Məlik-Akopyan olan Raffi adlı erməni yazıçısı “Xəmsə məliklikləri” adlı uydurma əsərində Qarabağın gerçək tarixini saxtalaşdırmışdı. Onun erməniləri Qarabağın yerli əhalisi kimi təqdim etmək cəhdi heç bir mənbə ilə təsdiq edilmir. 1805-ci ilin mayında Qarabağlı İbrahimxəlil xanla rus ordusunun komandanı Pavel Sisianov arasında imzalanmış Kürəkçay müqaviləsinin on bir maddəsindən heç birində nə hay, nə də erməni adlı toplumdan bəhs edilmir. Ermənilər özləri Qarabağa gəlmə olduqlarını yaxşı bildikləri üçün 1978-ci ildə Ağdərə rayonunun Marağa adlı kəndində İrandan köçmələrinin 150 illiyi münasibəti ilə Marağa-150 abidəsi ucaltdılar. Ermənilər üzərində “Marağa-150” yazılmış bu abidəni 1988-ci ildə Qarabağda münaqişə başlayan kimi dağıtdılar. Bununla da, ermənilər özləri də hələ keçmiş sovet dönəmində etiraf ediblər ki, onlar Qarabağa 1828-ci ildə Türkmənçay müqaviləsinin 15-ci, 1829-cu ildə isə Ədirnə müqaviləsinin 13-cü maddəsi əsasında çar Rusiyası tərəfindən köçürülmüşlər.

Ramin ƏLİZADƏ

AMEA-nın Tarix İnstitutunun böyük elmi işçisi

Həmçinin yoxlayın

Türkiyənin müdafiə naziri: “İran PKK terrorçuları üçün təhlükəsiz sığınacaga çevrilib”

GADTB: Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər ​​bölgədə terrorla mübarizə ilə bağlı çıxışında İranın PKK …

Təbriz zindanında sağlıq durumu pisləşən Kərim İsmayılzadəyə dərmanları verilmir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimin həbs etdiyi azərbaycanlı milli fəal …