Bazar ertəsi , Aprel 21 2025
azfa

Qaradağın Süngün bölgəsində rejimin polis işçiləri ilə əhali arasında toqquşma

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaradağın Süngün bölgəsinin əhalisi ilə irqçi fars rejimin polisi arasında toqquşma baş verib.

Hadisəyə Süngün mədənləri işləyən şirkətin kənd qəbiristanlığında qazıntı işləri və bir neçə qəbrin başqa yerə köçürülməsi məsələsi səbəb olub.

Süngün Mis Mədənlərinin rəhbərliyi mədənin ərazisini genişləndirmək məqsədilə kənd sakinlərini zorla köçürmək istəyirlər. Ardınca, əhalinin razılığını almadan qəbiristanlığı dağıtmaq istəyən mədən işçilərinə sakinlər qarşı çıxarkən, polis kəndlilərə hücum edib və onları döyüb. Bu gün kəndlilər yenidən qəbiristanlığa toplaşıb.

Süngün bölgəsində kənd əhalisi dəfələrlə məhkəməyə müraciət ediblər. Məsələ ilə bağlı Vərziğanın məclisdəki nümayəndəsinin iştirakı ilə dəfələrlə iclas qursalar da, heç bir nətiə əldə olunmayıb.

Həmçinin yoxlayın

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

GADTB: Bu gündən Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır. Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə …

Molla rejimi Trampdan qorxub müzakirəyə getdiyi vaxtda məxfi silahlarının olduğunu deyir

GADTB: Molla rejimi Trampdan qorxub müzakirəyə getdiyi vaxtda məxfi silahlarının olduğunu deyir. İran ordusunun quru …

Bir cavab yazın