Cümə , Oktyabr 9 2026
azfa

Qaşqay türkləri də Güney Azərbaycanın “səni deyirlər” kampaniyasına qoşuldu-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan türkləri ilə eyni kimlik və eyni dil və soy-kökə malik olan Qaşqay türkləri hər zaman Azrbaycanla eyni hisləri paylaşırlar.

Son zamanlar Güney Azərbaycanda başlanan əyləncə xarakteri daşıyan “səni deyirlər” kampaniyasına artıq Qaşqay türkləri də qoşulub. Bu həm də regionda türklər arasında birlik və həmrəyliyin olduğunu sübut edir.

Qeyd edək ki, son günlər Güney Azərbaycanda gənclər tərəfindən sosial şəbəkələrdə başladılan kampaniya geniş vüsət alıb. Gənclər güneyli müğənni Əlirza Şərifzadənin ”Səni deyirlər” mahnısının sədaları altında rəqs edirlər. Gənclər bununla həm Azərbaycan rəqsini və musiqisini təbliğ edir, eyni zamanda molla rejiminin insanların əyləncə azadlığının məhdudlaşdırmasına üsyan edirlər.

Həmçinin yoxlayın

ABŞ İranla əlaqəli 6 nəfəri, 27 şirkəti və 22 gəmini sanksiya siyahısına salıb

GADTB: ABŞ Maliyyə Nazirliyi İran İslam Respublikası ilə əlaqələrə görə 6 nəfərə, 27 şirkətə və …

Traxtur komandası bərabər hesabla liderliyini qoruyub

GADTB: Azərbaycan təmsilçisi Traxtur Təbrizin Səhənd stadionunda (“Qurdlar dərəsi”) 50 mindən çox azarkeşin iştirakı ilə …

Bir cavab yazın