Çərşənbə , Sentyabr 16 2026
azfa

Türkiyə Menbiçə tank və silahlı qüvvə göndərir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Silahlı Qüvvələrinə məxsus tank və “Fırtına” topları Çobanbəy sərhəd-keçid məntəqəsindən Suriyanın Menbiç şəhərinə göndərilir.

Bəzi hərbi texnikaların isə Əl-Bab və Menbiç sərhədində yerləşdirildiyi deyilib.

Hərbi texnikanın dislokasiyası ilə bağlı əlavə məlumat verilməyib.

Qeyd edək ki, İdlib ətrafında gərgin vəziyyətin hökm sürdüyü zamanda Türkiyə hərbi texnikalarının yerdəyişmə etməsi diqqət çəkib.

Digər tərəfdən İdlib və Türkməndağı istiqamətdə də vəziyyət gərgindir. BMT-nin bu məsələ ilə bağlı toplanacağı xəbər verilir.

Həmçinin yoxlayın

Amnesty International: İran İslam Respublikası rejimi etirazları yatırmaq üçün insanlıq əleyhinə cinayətlər törədib

GADTB: Amnesty International-ın İran üzrə “X” sosial şəbəkə hesabı bildirib ki, təşkilatın yeni hesabatı İran …

İranın Türkiyə və Gürcüstandan uçuşlarına məhdudiyyət tətbiq edilir

GADTB: İranın aviasiya sənayesinə qarşı beynəlxalq məhdudiyyətlərin davam etdiyi bir vaxtda, Mahan Hava Yolları şirkətinin …

Bir cavab yazın