GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Qaşqay türkləri öz türkmən dildaşlarını çətin anda tək qoymayıb. Onlar da Azərbaycan türkləri ilə yanaşı öz türkmən dildaşlarına yardım toplayıb aparıblar.
Yardımlar artıq rejimin səbəbkarı olduğu daşqın bölgəsinə çatdırılıb. Yardımların üzərində yazılıb:
Aqqalanın qələm qaşı
Sağolsun türkmənbaşı
İki damcı gözüm yaşı
Sənə bayramlıqdır qardaş