Qaşqayların Geçqərəgülü şəhərinin adının farslaşdırılıb Gəçsaran edilməsinin sənədi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi və işğalçı fars rejim Böyük Britaniya vasitəsilə çevrilişlə hakimiyyətə gətirilən gündən türkləri məhv etmək məqəsədilə türkmənşəli şəhər və yer adlarını farslaşdırmağa çalışıb. Bu uzun müddətli prosesdə türk millətinin kimliyini və yerli olmasını danmaq məqsədilə Azərbaycan türkləri ilə yanaşı Qaşqay türklərinin də şəhər və yer adları farslaşdırılmışdır.

İndi təqdim edilən sənəddə Qaşqay türklərinin yaşadığı Qaşqayyürd vilayətinin irqçi fars rejimi tərəfindən məhv edilməsindən sonra qaşqayların Geçqərəgülü şəhəri bir neçə digər qaşqay şəhəri ilə yanaşı Kəhküliyə və BoyeƏhməd vilayətinə birləşdirilib. Həmin şəhərin adı isə 1937-ci ildə Pəhləvi rejiminin rəsmi göstərişi ilə farslaşdırılaraq, Gəçsaran adlandırılıb. Digər Qaşqay şəhərləri isə Fars, İsfahan və s. vilayətlərə birləşdirilib.

Fars dilinin mötəbər izahlı lüğəti olan Dehxodanın lüğət kitabında da Geçqərəgülü şəhərinin indi Gəçsaran adlandırıldığı qeyd edilir və elektron lüğətdə Geçqərəgülü sözü yazanda Gəçsaran olduğu qeyd edilir.

Həmçinin yoxlayın

İranın neft depolama tutumu dolmaq üzrədir

GADTB: Tehran üzən anbarlara üz tutub və neft tankerlərini anbara çevirib. Yaxın günlərdə neft hasilatının …

Azərbaycanlı fəal Əyyub Şirinin qeyri-müəyyən vəziyyətdə saxlanılması davam edir

GADTB: Azərbaycanlı mədəni fəal Əyyub Şiri 11 fərvərdin 1405-ci il tarixindən etibarən saxlanılıb və hələ …

Bir cavab yazın