Şənbə , Noyabr 23 2024
azfa

Qazaxıstan BRİKS-dən imtina etdi

GADTB: Qazaxıstan hələ BRİKS-ə üzv olmağı planlaşdırmır, baxmayaraq ki, ölkə prezidenti Qasım-Jomart Tokayev belə təkliflər alıb.

Bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali məlumat verib.

“Hazırda və çox güman ki, yaxın gələcəkdə Qazaxıstan BRİKS-ə ərizə verməkdən, o cümlədən üzvlük məsələsinə baxılmasının çoxmərhələli prosesini nəzərə almaqdan çəkinəcək”, – Uali bildirib.

Onun sözlərinə görə, BRİKS-ə qoşulmaq təklifləri dövlət başçısı tərəfindən Qazaxıstanın milli maraqları baxımından nəzərdən keçirilib:

“Bununla belə, hələlik Tokayev BMT-yə bütün aktual beynəlxalq problemlərin müzakirə oluna biləcəyi və müzakirə edilməli olduğu universal və qeyri-alternativ təşkilat kimi baxır. Eyni zamanda, Qazaxıstan prezidenti BMT Təhlükəsizlik Şurasının BMT-yə üzv dövlətlərin geniş məsləhətləşmələri əsasında və orta güclərin maraqlarını nəzərə almaqla islahatının tərəfdarıdır, çünki onun fikrincə, bu qurum vacib və taleyüklü qərarlar qəbul etməklə bağlı öz səlahiyyətlərini itirib. BRİKS-ə gəlincə, Tokayev bu assosiasiyanın təkamülünü maraqla izləyir və blokun Rusiyada keçiriləcək sammitində iştirak etmək niyyətindədir”.

Qeyd edək ki, bundan öncə Tokayevin Kazanda keçirilən sammitdə çıxış edəcəyi bildirilmişdi.

Həmçinin yoxlayın

Ermənistan Zəngəzur dəhlizinin onun ərazisindən keçməsini istəyir

Türkiyənin nəqliyyat və infrastruktur naziri Əbdülqadir Uraloğlu “224 km-lik Qars-İğdır-Aralık-Dilucu yüksək standartlı dəmir yolu layihəsinin …

Təbrizdə molla rejimi tərəfindən uzun müddətli həbsə məhkum edilən fəallara azadlıq tələbilə şuarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Milli Hərəkatının fəallarından bir qrupu molla rejimi …