Bazar ertəsi , Noyabr 16 2026
azfa

Qazaxıstan Xəzəri xilas etməyə çağırış etdi

GADTB: Qazaxıstanın Baş naziri Oljas Bektenov Xəzəryanı dövlətləri Xəzərin xilası üçün səyləri əlaqələndirməyə çağırıb.

Bektenov bu barədə Altayda keçirilən beynəlxalq ekoloji konfransda deyib.

O bildirib ki, 2000-ci illərin əvvəllərindən başlayaraq Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi tendensiyası müşahidə olunur:

“Bu və digər problemləri öyrənmək üçün Qazax Xəzər Elmi-Tarixi İnstitutu yaradıldı. Təəssüf ki, alimlərin proqnozları məyusedicidir. Bu unikal su hövzəsini qorumaq üçün bütün Xəzəryanı dövlətlərin qətiyyətli, əlaqələndirilmiş fəaliyyətinə ehtiyac var”.

Həmçinin yoxlayın

ABŞ-ın “Ruzvelt” aviadaşıyan gəmisi Yaxın Şərqə daxil olub

GADTB: “Aksios” nəşrindən sonra Birləşmiş Ərəb Əmirliklərinin “The National” jurnalı və “Jerusalem Post” qəzeti də …

İrqçi fars rejiminin parlamenti xarici ölkələrin media qurumları ilə əməkdaşlığı cinayət hesab edir

GADTB: İran parlamenti media məkanının məhdudlaşdırılması və informasiyanın sərbəst yayılmasına qarşı təzyiqlərin gücləndirilməsi istiqamətində atdığı …