
GADTB: Bakı ilə İrəvan arasında münasibətlərin normallaşması regiondan kənar bir çox ölkələr üçün geniş perspektivlər açır.
Bu barədə Qazaxıstanın xarici işlər naziri Murat Nurtleu bu gün Astanada regional məsələləri müzakirə etdiyi erməni həmkarı Ararat Mirzoyanla görüşü zamanı bildirib.
“Bakı ilə Yerevan arasında münasibətlərin normallaşması regiondan kənar bir çox ölkələr üçün Cənubi Qafqazın geostrateji imkanlarından istifadə etmək üçün geniş perspektivlər açır”, — Nurtleu Mirzoyanla söhbət zamanı vurğulayıb.