Cümə axşamı , Yanvar 2 2025
azfa

Qazaxıstanın pul vahidindəki sözlər hamısı qazax türkcəsinə olacaq

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk ölkəsi Qazaxıstan öz milli valyutasının üzərində rus dilində olan yazıları götürəcək.

Bu haqda Qazaxıstanın prezidenti Nursultan Nazarbayev fərman imzalayıb.

Fərmana əsasən, dəmir sikkələr və təngə banknotlarında yazılar yalnız ölkənin dövlət dilində olmalıdır. İndiyə kimi, milli valyutada rus və qazax dillərindən istifadə olunurdu.

Xarici dillərdən istifadə yalnız kolleksiya və investisiya sikkələrinin rəsmiləşdirilməsi üçün buraxılacaq.

Qazaxıstanın Konstitusiyasına əsasən, dövlət dili statusu yalnız qazax dilinə aiddir. Bununa belə, rus dilindən qazax dilə ilə bərabər səviyyədə dövlət təşkilatlarında və yerli hakimiyyət orqanlarında istifadə edilməlidir. Bu da rus azlığının bu ölkədə yaşaması ilə bağlıdır.

Həmçinin yoxlayın

İrqçi farslar yarış zamanı Azərbaycan türklərinə qarşı nalayiq ifadələr səsləndiriblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Tehranlı və Yəzdli irqçi farslar türklərə və Azərbaycana …

Suriyada kürd terror təşkilatlarına qarşı mübarizə davam edir

GADTB: Suriyada Fərat çayının şərqində Azad Suriya Ordusu (ASO) ilə terror təşkilatı PKK/PYD/YPG/SDG arasında qarşıdurmalar …

Bir cavab yazın