Bazar ertəsi , Oktyabr 26 2026
azfa

Qazipurun Araz çayı kənarına səfəri Quzey Azərbaycan mətbuatında işıqlandırılıb-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Urmiyanın məclisdəki millət vəkili Qazipurun Araz çayı kənarına səfər edərək Xudafərin körpüsü kənarında şəkil çəkdirib paylaşması Quzey Azərbaycan mətbuatında da işıqlandırılıb.

Axar.az saytının yazdığına görə N.Qazipur Araz çayı kənarında Azərbaycanın işğal olunmuş ərazilərini göstərərək deyib: “Buranı Ermənistan işğal edib”.

Sayt yazır: Tarixi Xudafərin körpüsünü (Həsrət körpüsü) ziyarət edən N.Qazipur öz instaqram səhifəsində Xudafərin körpüsündə çəkdiyi şəkli paylaşaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunmasını pisləyib:

“Gördüyünüz şəkil Azərbaycanın Qarabağ bölgəsinə aiddir. Ermənistan tərəfindən işğal olunmuş Xudafərin kəndi və körpüsü. Şəkil 2018-ci il iyunun 4-də çəkilib”, – deyə o öz səhifəsində yazıb.

Qeyd edək ki, Güney Azərbaycanda Azərbaycan Milli Hərəkatının güclənməsi azərbaycanlı millət vəkillərini də tənqidlə qarşılanmamaları üçün belə addımlar atmağa məcbur edir.

Həmçinin yoxlayın

Məkkə sazişi ölkəkəri Tehrana səfər edib

GADTB: Pakistanın təklifi və İranın təşkilatçılığı ilə Tehranda İran, Pakistan, Türkiyə və Səudiyyə Ərəbistanı arasında …

BMT müharibənin İranda repressiyaları gücləndirdiyini bildirir

GADTB: BMT-nin İranda insan hüquqları üzrə xüsusi məruzəçisi Mai Sato deyib ki, müharibədən sonra İranda …

Bir cavab yazın