Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Qərbi Azərbaycana təyin edilən kürd vali kürd terrorçuların qanlı hücumunu pisləmir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimin Qərbi Azərbaycan vilayətinə təyin etdiyi kürd vali Şəhriyarı PKK və PJAK terror təşkilatlarının Qərbi Azərbaycan şəhərlərinə hücumu və qanlı terror əməllərini pisləməməklə, kürd terrorizmini dəstəklədiyini sübut edib.

İrqçi fars rejimin də mediası və farsların telegram kanalları kürd terrorçuların törətdiyi terror əməlləri gizlətməyə çalışır.

Məlumata görə, Güney Azərbaycanın Sərdəşt (Sarıdaş) şəhərində kürd terrorçu qruplaşmaların sərhədçilərə hücumu nəticəsində 2 sərhədçi həlak olub.

Yayılan məlumata əsasən, hadisə iyunun 5-i axşam saat 23:00-da İraq sərhədinə yaxın məntəqədə baş verib. Terrorçu kürdlərlə sərhədçilər arasında baş verən atışma nəticəsində, 2 sərhədçi, Yusif Piranə və Məhbub Qurbani güllə yarası alaraq yerindəcə həlak olub.

 

Həmçinin yoxlayın

Molla rejimi türklərə qarşı irqçi təhqirə yol verənləri dəstəklədi

GADTB: İrqçi fars-molla rejimin Futbol Federasiyasının İntizam Komitəsi Premyer Liqanın 9-cu turunda keçirilməyən “Malavan” – …

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “İranla bağlı qərar verildi – Savaş an məsələsidir” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın …

Bir cavab yazın