Çərşənbə axşamı , Sentyabr 22 2026
azfa

Qeyri-farsların insan haqları fəalları Abbas Lisaniyə azadlıq tələb etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin irqçi fars rejim tərəfindən verilmiş 15 il həbs cəzaının təsdiqlənməsini qeyri-fars millətlərin insan haqları fəalları tərəfindən də pislənmişdir.

Bəlucların insan hüquqları təşkilatı olan Bəluç Fəallar Kampaniyası rəisi Abdulla Arif video yayaraq, azərbaycanlı milli fəal Abbas Lisani barəsində çıxarılan həbs və sürgün qərarını pisləyib.

Həmin bəluc fəal azərbaycanlı siyasi mhbus Abbas Lisaniyə qarşı çıxarılan qərar beynəlxalq insan hüquqları konvensiyalarına zidd olduğunu xatırladaraq azərbaycanlı siyasi məhbusun qeyd-şərtsiz sərbəst buraxılmasını tələb ediblər.

Həmçinin İranda ərəb millətinin hüquqlarını müdafiə edən ərəb fəal Yusif Əzizi Bənitorof yaydığı videoda Abbas Lisaniyə azadlıq tələb edib.

O deyib: “Abbas Lisani mədəni türk fəallıdır. Onun millətinin qanuni hüquq və tələblərini dinc və sivil şəkildə ifadə etməkdən başqa heç bir günahı yoxdur”.

Bəluc insan haqları fəalı Abbas Lisaniyə azadlıq tələb etdi

Publicerat av Ali Huseyn Onsdag 8 juli 2020

Həmçinin yoxlayın

İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırıldı

GADTB: “Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin yaydığı məlumata görə,  Azərbaycana uçuşlar həyata keçirən İran İslam …

G7:”İran husiləri silahlandırmağı və dəstəkləməyi dayandırmalıdır”

GADTB: G7 xarici işlər nazirləri bu gün İranı Yəmən husilərini silahlandırmağı və dəstəkləməyi dayandırmağa çağırıb …

Bir cavab yazın