Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə Telegram kanalı yaradıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəallar tərəfindən azərbaycanlı siyasi məhbus Abbas Lisaniyə azadlıq tələbilə onun adına Telegram kanalı yaradılıb.

Kanalın yaradılmasından məqsəd Abbas Lisaniyə azadlıq tələbi və onunla bağlı xəbər, material, video və şərhlərin bu kanal vasitəsilə yayılmasıdır.

Abbas Lisaninin adına yaradılan Telegram kanalının ünvanı: @abbas_lesani_az

Qeyd edək ki, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Abbas Lisanini şərləyib və 15 il həbs, iki il sürgünə məhkum edib. Rejimin Ali Məhkəməsi isə rejimin Ərdəbildə yerləşən Apelyasiya Məhkəməsinin həmin qərəzli qərarını qüvvədə saxlayıb. Bu isə haqlı olaraq Azərbaycan türklərinin və insan haqları fəallarının etirazı ilə qarşılaşmışdır.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın