Bazar ertəsi , Aprel 21 2025
azfa

Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır

GADTB: Bu gündən Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günləri başlayır.

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən tədbirlə bağlı Azərbaycanın incəsənət ustaları, ədəbiyyat və mədəniyyət xadimləri, bədii kollektivlər, yazarlar və media təmsilçiləri Bişkekə səfər ediblər.

20-25 apreldə baş tutacaq mədəni silsilədə Qırğızıstanın paytaxtının aparıcı mədəniyyət və təhsil müəssisələrində sərgilər, konsertlər, kitab təqdimatı, ustad dərsi və digər tədbirlər təşkil olunacaq.

Məqsəd Azərbaycan və qırğız xalqlarını ümumtürk kimliyi, ortaq mədəni dəyərləri, əsrlərdir, davam edən ədəbiyyat və sənət mübadiləsini birləşdirməkdir.

Qeyd edək ki, ötən ilin 23-26 aprelində Azərbaycanda da Qırğız Mədəniyyəti Günləri keçirilib.

Həmçinin yoxlayın

Molla rejimi Trampdan qorxub müzakirəyə getdiyi vaxtda məxfi silahlarının olduğunu deyir

GADTB: Molla rejimi Trampdan qorxub müzakirəyə getdiyi vaxtda məxfi silahlarının olduğunu deyir. İran ordusunun quru …

İran mediası: “Qarabağ problemi – İran və Ermənistan arasında uzlaşma müəmması”

GADTB: “Eghtesadnews” saytı Azərbaycana qarşı ermənipərəst mövqedən çıxış edərək məqalə dərc edib. Sitat: “Tehranın İrəvanla …