Şənbə , Avqust 8 2026
azfa

Qırğızıstanda Üçüncü Dünya Köçəri Oyunlarının təntənəli bağlanış mərasimi keçirilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İssık-Kul gölünün sahilində keçirilən üçüncü Dünya Köçəri Oyunlarının (DKO) təntənəli bağlanış mərasimi olub.

Qırğızıstanın dövlət himni səsləndirildikdən sonra ölkənin Baş naziri Muxammedkalıy Abulqaziev DKO-nın başa çatması münasibətilə idmançıları, qonaqları və digər iştirakçıları təbrik edib.

Bildirilib ki, idmanın 37 növü üzrə yarışlarda dünyanın 80 ölkəsindən 3 minə yaxın idmançı iştirak edib. Tədbirə dünyanın 60 ölkəsindən 500-dən çox jurnalist qatılıb. Yarışlara dair xəbərləri bütün dünyaya yaydıqlarına görə jurnalistlərə minnətdarlıq edən Baş nazir növbəti Oyunların Türkiyədə keçiriləcəyini diqqətə çatdırıb.

Baş nazir DKO-nın bayrağını və simvolunu Türkiyənin mədəniyyət və idman nazirinin müavini Həmzə Erlikaya təqdim edib.

Həmzə Erlikay çıxışında deyib ki, Türkiyədə dördüncü Dünya Köçəri Oyunlarının açılışı 2020-ci il sentyabrın 2-də olacaq.

İdman bayramının təntənəli bağlanış mərasimi Qırğızıstanın və digər dövlətlərdən gələn incəsənət ustalarının böyük konsert proqramı ilə başa çatıb.

Azərbaycan Respublikasından da çoxsaylı qonaqlar iştirak edib.

 

Həmçinin yoxlayın

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) sayın Ata beyin əziz anasının vəfatı münasibəti ilə başsağlığı mesajı yayıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) təşkilat məsulu …

Müctəba Xameneyinin səhhətinin pisləşdiyi barədə məlumat yayılıb

GADTB: İran Wire nəşri İran prezidenti Məsud Pezeşkian hökumətinə yaxın olduğu bildirilən iki mənbəyə istinadən …

Bir cavab yazın