
GADTB: Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi İrandan Natanz nüvə obyekti yaxınlığında yeraltı tunellərin tikintisinə görə açıqlama istəyib.
O bununla bağlı İranı şəffaflığı təmin etməyə çağırıb. Qrossi bu məsələni Tehran qarşısında dəfələrlə qaldırdığını vurğulayıb.
O, bildirib ki, İran nüvə obyekti yaxınlığında yeni tunellərin məqsədini izah etməlidir. Onun sözlərinə görə, bu tunellərdə açıqlanmamış materiallar saxlanıla bilər.
Qeyd edək ki, dünən Vaşinqtondakı Elm və Beynəlxalq Təhlükəsizlik İnstitutu Natanzda köhnə tunelin yaxınlığında yeni tikilmiş təhlükəsizlik hasarının olduğunu göstərən peyk görüntülərini yayımlayıb.