Cümə axşamı , Oktyabr 29 2026
azfa

Quzey Xorasanda qədim türk kitabələri və tamğalar tapılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Quzey Xorasan vilayətinin İsfərayin şəhərinin yaxınlığında türk tamğaları və orxun-yenisey əlifbasında daş kitabələr aşkarlanıb.

Kitabələr doktor Ələsgər Tahiri Səfiabadi axtarışı nəticəsində aşkarlanıb.

Bundan öncə isə şahsevənlərin yaşadığı ərazilərin yaxınlığında Xomeynin Timrə və Kaftarlı bölgələrində türk tamğaları aşkarlanmışdı.

Hazırda həmin əsərlərin oxşarı Quzey Xorasanda İsfərayin şəhəri yaxınlığında yerləşən Bam və Səfiabad bölgələrində də aşkarlanıb.

Əski türk əlifbası- Orxun əlifbasında yazılan bu kətibələrin bir neçə min il tarixi olduğu bildirilir. Bu isə min illər boyunca türklərin İran adlanan ərazidə yaşadığını göstərir.

Kitabələrin məhv ola təhlükəsi ilə qarşı-qarşıya olduğu üçün Xorasan türkləri kitabələrin dağılmasının qarşısını almaq və onları qorumaq üçün kampaniya başladıblar.

Həmçinin yoxlayın

Türkiyədə Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iclası keçirildi

GADTB: Ankarada 29-30 oktyabr 2026-cı il tarixlərində keçiriləcək 13-cü Türk Dövlətləri Təşkilatı (TDT) Zirvə Görüşü …

Vasitəçilər ABŞ və İran arasında görüş keçirilməsini təklif ediblər

GADTB: İranla ABŞ arasında münaqişənin həlli üzrə dolayı danışıqlarda iştirak edən vasitəçilər tərəflərə noyabrın 4-dək …

Bir cavab yazın