Çərşənbə , Oktyabr 21 2026
azfa

Mikayil Oyta erməni vandalizmi və hərbi cinayətlərilə bağlı BMT və Avstraliya rəsmilərinə məktubla müraciət etdi-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Avstraliya Assosiyası Prezidenti, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Beynəlxalq Əlaqələr Departamentinin sədri sayın Mikayıl Oyta Ermənistsanın azərbaycanlılara qarşı törətdiyi hərbi cənayət, terror və erməni vandalizmi barədə BMT-nin bir neçə departamentinə, eləcə də Avstraliya rəsmilərinə məktubla müraciət edib.

Sayın Mikayıl Oyta məktubunda 2020-ci il sentyabrın 27-dən Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə vandalist hərəkətləri və törətdiyi hərbi cinayətlə bağlı məlumat verərək bildirmişdir ki, təcavüzkar Ermənistan cəbhədən yüzlərlə km uzaqda, Gəncə, Mingəçevir, Bərdə, Tətər, Goranboy və digər Azərbaycan şəhərlərinin yaşayış məntəqələrini uzaq mənzilli raketlər və qadağan edilmiş kasetli bombalarla hədəf alaraq, çox sayda uşaq və sivil insanları qətliam etmişdir.

Sayın Mikayıl bəy eyni zamanda erməni vandallarının Azərbaycanın işğal edilmiş ərazilərində, o cümlədən Kəlbəcər, Ağdam, Laçın və s. bölgələrdə meşələri yandırıb və təbiəti məhv etmələri və Azərbaycanın təbii və mədəni irsini dağıtdığını BMT və Avstraliya rəsmisinin diqqətinə çatdıraraq bu hərbi cinayət və erməni terroruna qarşı ölçü götürülməsinin zəruriliyini qeyd etmişdir.

Sayın Mikayıl Oytanın mətubunun tam mətnini ingilis dilində təqdim edirik:

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın