Çərşənbə , Yanvar 15 2025
azfa

Rəşt Şəhər Şurasında yerli Azərbaycan türklərinə qarşı fitnəkarlıq

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin Azərbaycandan ayırıb Gilan vilayətinə birləşdirdiyi Azərbaycan bölgələrində Azərbaycan türkləri bütün hüquqlarından məhrum edilib.

Artıq Rəşt Şəhər Şurasının rəis müavini Rza Rəsuli Azərbaycana qarşı növbəti qərəzli mövqe sərgiləmiş və azərbaycanlı əhalinin dilində yazılan lövhələrin ləğv edilməsini tələb edib.

Rza Rəsuli Şəhər Şurasının iclasında çıxışı zamanı türk adları yazılmış bir neçə lövhənin şəkilini göstərərək, həmin lövhələrin yığışdırılmasını istəyib.

İrqçi mövqe sərgiləyən Şəhər Şurasının rəis müavini bildirib ki, Rəştdə yaşayan türklər də gilək adlarından istifadə etməlidir.

Qeyd edək ki, Gilan vilayətinin məsulları, o cümlədən Rza Rəsuli antitürk və Antiazərbaycan mövqeyi ilə seçilən şəxslərdəndir. O bundan öncə Güney Azərbaycanın Heyran gədiyi ərazisini Gilan vilayətinin bir hissəsi olduğunu iddia etmişdi.

Hazırda Azərbaycanlılar Gilan vilayətində öz doğma ərazilərində yaşayır və vilayətin 30 faizindən çoxunu təşkil edir. Lakin işğalçı fars rejimin himayəsi ilə onlar həmin vilayətdə bütün insani və təbii haqlarından məhrum ediliblər.

Həmçinin yoxlayın

İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib

GADTB: İranda 10 yaxın siyasi məhbusun edam ediləcəyi barədə xəbərdarlıq edilib. “Çərşənbə axşamları edama yox” …

Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri yayıldı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyənin 5-ci nəsil KAAN qırıcısının 2-ci prototipinin görüntüləri …

Bir cavab yazın