ABŞ İran adlanan ölkəyə və Rusiyaya qarşı növbəti sanksiyalar tətbiq edir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimə və Rusiyaya qarşı yeni sanksiyalar Suriya məsələsi ilə bağlıdır. ABŞ Konqresinin Nümayəndələr Palatası Suriyada Bəşər Əsəd rejimi və onun müttəfiqlərinə qarşı sanksiyalar nəzərdə tutan qanun layihəsi qəbul edib.

“2019 Cəsur Suriya Mülki Müdafiə Qanunu” adı verilən layihə səsvermə yolu ilə təsdiqlənib.

Qanun Donald Tramp hökumətinin Suriya rejimi, təhlükəsizlik təşkilatları və ya Suriya Mərkəzi Bankı ilə əməkdaşlıq edən hər kəsin sanksiyaya məruz qalmasını ehtiva edir. Sanksiyalar Suriya rejimi ilə bağlı inşaat layihələri, rejimin nəzarətindəki hava yolları və enerji sənayesi ilə işləyənlərə də şamil ediləcək.

Bu qanunun qəbul edilməsində məqsəd Əsəd rejiminin bölgəyə gətirdiyi aclıq, kimyəvi silah hücumları kimi insanlığa sığmayan cinayətlərin qarşısını almaqdır. Qanun çərçivəsində Tramp hər vəziyyət üçün ayrı sanksiya tətbiq edə biləcək, sülh görüşlərində irəliləyişlərin əldə edilməsi və ya dinc sakinlərə qarşı hücumların kəsilməsi təqdirində isə sanksiyalar ləğv olunacaq.

Nümayəndələr Palatası Xarici Münasibətlər Komitəsinin sədri Eliot Engel qanun layihəsi ilə bağlı bunları deyib: “Dünya suriyalı insanlar mövzusunda uğursuz oldu. Heç nə bu insanların 8 ildə dözmək məcburiyyətində olduğu dəhşətə son verə bilməz. Heç nə itirilənləri geri qaytarmaz. Başımızı başqa tərəfə çevirib Əsədin, Rusiyanın və İranın Suriyanı əzib keçməsinə icazə verə bilmərik”.

Qeyd edək ki, bənzər qanun layihəsi daha əvvəl Nümayəndələr Palatasında qəbul edilsə də, ABŞ-da hökumət qapalı olduğu üçün Senatdan keçməmişdi.

Bu qanun layihəsinə adı Suriyada Əsəd rejimi tərəfindən edilən zülm və işgəncələri göstərən fotoları lentə alıb dünyaya yayan Cəsur adlı hərbi polisin şəfərinə qoyulub.

Cəsur Suriyada Əsəd rejiminin əsgərlərinin işgəncə və ac buraxılaraq öldürdüyü rejim müxaliflərinin fotolarını çəkmək üçün bölgəyə göndərilib. O, 11 min qurbana aid 55 min foto ilə həmin ölkədən qaçıb. Fotolardan sonra ABŞ, Avropa İttifaqı və BMT Suriyada yaşanan insanlıqdan kənar işgəncələrlə bağlı istintaq başlatmış və məsuliyyət daşıyanların cəzalandırılmasını tələb etmişdi.

Həmçinin yoxlayın

Təbrizin tarixi bazarında restoran və kafelər bağlandı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, son bir neçə gündə Təbrizin tarixi bazarında fəaliyyət …

Qərbi Azərbaycan İcması İrəvanı Fransanın oyunlarına getməməyə səslədi

GADTB: Qərbi Azərbaycan İcması Ermənistan hökumətini və ictimaiyyətini tarixdən dərs çıxararaq, Fransanın oyunlarına getməməyə çağırıb. …

Bir cavab yazın