Cümə axşamı , Avqust 18 2022
azfa

Radikal dini dəstə Londondakı Azərbaycan səfirliyinə hücum etdi – Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan Xarici İşlər Nazirliyi Londondakı səfirliyə qarşı törədilən təxribat hadisəsi ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Publika.az-a bildirilib ki, 4 avqust 2022-ci il tarixində Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyi bir qrup radikal dini dəstənin hücumuna məruz qalıb.

Səfirliyin binasına daxil olaraq, vandalizm aktı törədən qrup üzvləri binanın eyvanında dini bayraqlar qaldıraraq, radikal dini şüarlar səsləndiriblər. Yerli polisin müdaxiləsindən sonra qrup üzvləri binadan çıxarılıb və saxlanılıb.

Hadisə nəticəsində səfirliyin əməkdaşları xəsarət almayıb.

Hadisə yerli hüquq-mühafizə qurumları tərəfindən araşdırılır. Araşdırmanın nəticələri ilə bağlı əlavə məlumat təqdim ediləcək.

Vyana Konvensiyasına uyğun olaraq, diplomatların və diplomatik binaların təhlükəsizliyinin təmin edilməsi ilə bağlı xəbərdarlıq tərəfimizdən diplomatik kanallar vasitəsilə Böyük Britaniya qurumlarının diqqətinə çatdırılıb.

Azərbaycan səfirliyinə hücum edən radikalların kimliyi barədə bildirili ki, onlar “Mehdi qulluqçular birliyi” (The Mahdi Servants Union”) adlı radikal dini qruplaşmasının üzvləridir.

Qrupun lideri Yasir əl-Həbibdir. O, İran İslam Respublikası hökumətinə qarşı düşmənçilik edir və İranın Ali rəhbəri Əli Xameneinin dini etimadnaməsini şübhə altına alır.

Qrup sünni əleyhinədir, öz peyk kanalı vasitəsilə bu cür təbliğat aparır və həmçinin xəlifə Ömərə və Peyğəmbərin xanımı Aişəni təhqir edənlərə dəstək verir.

Sosial şəbəkələrdə əslində həmin qruplaşmanın dolayısı ilə İrana bağlı olduğu haqda iddialar da səsləndirilir.

Həmçinin yoxlayın

İran diplomatı Azərbaycan Respublikasının işğalını İran strateji məqsədi olduğuna etiraf etdi-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranda müxtəlif vəzifələrdə işləmiş İran diplomatı Əbülfəz Zöhrəvənd …

Ukrayna Rusiyanın 44300 hərbçisini məhv edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim …