Çərşənbə axşamı , Oktyabr 8 2024
azfa

Rejim azərbaycanlı alim Əhmədrza Calaliyə kamera qarşısında yalan etiraf almaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim həbs edib adama məhkum etdiyi azərbaycanlı alim, mütəxəssis həkim Əhmədrza Calali iyulun 29-da gözlənilmədən ETTELAAT məmurları tərəfindən naməlum bir məkana aparılmışdır. Alim həyat yoldaşı Vida Mehraniyaya telefonla əlaqə saxlayaraq bildirib ki, 9 gün sonra ona kamera qarşısında yalandan etiraf etmək üçün təzyiq göstərilib.

O telefon əlaqəsində deyib: “İyulun 29-da həbsxananın bölməsinin gözətçiləri məni çağırdılar. ETTELAAT məmurları da orada idi. Dedilər ki, səni qısa sorğu-sual üçün 209-cu bölməyə aparacağıq. Gözlərimi bağladıqdan sonra avtomobilə mindirdilər. Avtomobil həbsxana ərazisindən çıxdı, mən bildim ki, 209-cu bölməyə getmirik. Xeyli məsafə getdikdən sonra bir evə çatdıq. Evə daxil olduqdan sonra gözümü açdılar. Otaqda çoxlu kameralar var idi. Avqustun 7-dək orada saxlanıldım və hər gün sorğu-suala tutuldum. Dindirənlərin əsas tələbi bu oldu ki, kamera qarşısında yeni yalan etiraf verim. Lakin bunu etməkdən imtina etdim. Təkidlə dedilər ki, əgər kamera qarşısında deyilən etirafları etsən barəndə çıxarılan edam hökmünün ləğv edilməsinə yardım ediləcək və azadlığa buraxılacaqsan. Mən onlara yox cavabı verdim.  Məni işgəncə etmədilər. Lakin ruhi təzyiqə məruz qaldım. Çox stres yaşadım, qorxurdum ki, edam hökmümü icra edəcəklər”.

Əhmədrza Calalinin həyat yoldaşı Mehrannianın fikrinə görə, ETTELAAT İdarəsi bundan əvvəl irəli sürülməyən ittihamlarla bağlı etiraf almaqla yeni dosye quraşdırmaq istəyir. Ona görə ki, əvvəlki ssenari və ittihamların etibarsız və əsassız olduğu üzə çıxıb.

Qeyd edək ki, Calali İsveç vətəndaşıdır və İranda “Mossad”a casusluq ittihamı ilə edama məhkum olunub. O hazırda Tehranın Evin zindanında həbsdədir. Alim özünə qarşı irəli sürülən ittihamı dəfələrlə rədd edib, ittihamın heç bir əsası olmadığını bildirib. Deyilənlərə görə, o Avropa ölkələrinə qarşı “Sepah”ın casusluq layihələrinə qatılmaqla bağlı təklifi rədd etdiyi üçün rejimin qəzəbinə tuş gəlib.

Həmçinin yoxlayın

“TEKNOFEST” sərgisi gələn il Şimali Kiprdə keçiriləcək

GADTB: Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti (ŞKTC) Ersin Tatar təşkilatçıların 2025-ci ildə Aviasiya, Kosmonavtika və …

Şuşada “Türktransplant” sistemi yaradılır

GADTB: Şuşa şəhərində keçirilən Türk Dövlətləri Təşkilatına (TDT) üzv və müşahidəçi ölkələrin səhiyyə nazirlərinin IV …

Bir cavab yazın