Cümə , Sentyabr 20 2024
azfa

Rejim azərbaycanlı fəal Pərisa Rəfiini Apellyasiya Məhkəməsinə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim mədəni fəaliyyətlərinə görə Evin zindanında həbsdə saxlanılan azərbaycanlı fəal Pərisa Rəfiini Tehranın Apellyasiya Məhkəməsinin 26-cı şöbəsinə çağırıb.

Azərbaycanlı fəal 11 yanvar səhər saat 10:00-da Apllyasiya Məhkəməsinin 26-cı şöbəsində olmalıdır.

Pərisa Rəfii 2019-cü ilin may ayında İran rejimi tərəfindən həbs edilənlərin ağır vəziyyəti barədə yazdığı açıq məktubla bağlı şərlənib və mühakimə edilməlidir. Fəal buna görə “Sistemə qarşı təbliqat”da ittiham olunub.

Azərbaycanlı fəalhəmin məktubda siyasi fəalların, xüsusilə də qadınların İran zindanlarında saxlanıldığı acınacaqlı vəziyyətdən yazaraq məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam edilmə ilə təhdid edilmələrini yazmışdı.

Qeyd edək ki, bundan əvvəl rejim azərbaycanlı fəalı şərləyərək, Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyini pozmaq məqsədi ilə toplaşmaq”, “Sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai asayişi pozmaq”da günahlandırılaraq 7 il həbs cəzası, eləcə də 74 şallaq zərbəsinə məhkum etmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum etmişdir. Sonralar isə fəal barəsində çıxarılan həbs qərarları bir il həbs ilə əvəz edilib.

Güney Azərbaycanın Zəncan bölgəsindən olan öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin qapısının önündə terrorçu Sepahın təhlükəsizlik bölməsinin məmurları tərəfindən yaxalanaraq Evin zindanının 209-cu bölməsinə aparılmışdı. Fəal, 23 gün təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

”Bayraktar Kızılelma” növbəti uçuşunu uğurla həyata keçirdi

GADTB: ”Bayraktar Kızılelma”nın üçüncü prototipinin sınaqları davam edir. “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar pilotsuz …

Milla rejimi İrəvanda ilk xarici ticarət mərkəzini açır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Ermənistanın paytaxtı İrəvanda İranın xaricdəki ilk …