Cümə axşamı , Fevral 12 2026
azfa

Rejim azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadəni məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejimin məmurlarının Urmiya şəhərində 2018-ci il 21 Azər (12 dekabr) ərəfəsində yaxaladığı azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadəni məhkəməyə çağırıb. Göndərilən bildirişə əsasən fəallar 2019-cu il yanvar ayının 12-də məhkəmədə mühakimə olunmalıdırlar.

İşğalçı rejim tərəfindən şərlənən azərbaycanlı fəallar “Sistemə qarşı təbliğdə, eləcə də ölkədə təhlükəsizliyə xələl gətirmək məqsədilə qrupa üzvlükdə” ittiham ediliblər.

Qeyd edək ki, azərbaycanlı fəallar Rza Cəfərlu və Əkbər Quluzadə 2018-ci il dekabr ayının 12-də axşam saatlarında Urmiyada yaxalanmışdı. Fəallar günlərlə işgəncə altında saxlandıqdan sonra  50 milyon tümənlik vəsiqə qarşılığında zaminə buraxılmışlar.

Həmçinin yoxlayın

Molla rejimi ərdəbilli idmançı və fəal Mehdi Mehdizadəni həbs edib

Gadtb: Ərdəbildən olan azərbaycanlı idmançı və fəal Mehdi Mehdizadə yanvar etirazları zamanı həbs edilib. Mehdi …

Tarumda bir qrup azərbaycanlı şəxslər saxlanılıb

GADTB: Zəncan vilayətinin Tarum rayonundan olan təqaüddəki müəllimlər Cavad Səfəri və Fatimə Səfəri 4 bəhmən …

Bir cavab yazın