Çərşənbə , May 14 2025
azfa

Rejim azərbaycanlı uşağa türk adına görə şəxsiyyət vəsiqəsi vermir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, işğalçı fars rejim Güney Azərbaycanın Tikantəpə şəhərində uşağa valideynlərin Onur adı verdiyi uşağa 20 aydan çoxdur ona şəxsiyyət vəsiqəsi vermir.

Uşağın valideyninin sözlərinə görə, Tikantəpə Vətəndaş Aktlarının Qeydiyyatı İdarəsinin məsulları “Onur” adının idarəyə İran tərəfindən elan olunan siyahıda olmadığını əsas gətirərək uşağa şəxsiyyət vesiqəsi verməkdən imtina edirlər.

onlar “Onur” adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə tələb olunduğunu bildiriblər.

Qeyd edək ki, İranda yalnız hökumət tərəfindən Vətəndaş Aktlarının Qeydiyyat İdarəsinə elan olunan siyahıda yer alan adlara şəxsiyyət vəsiqəsi verilir. Bu siyahıda türk adlarının böyük əksəriyyəti yoxdur. Şübhəsiz ki, bu qərar İran rejiminin Azərbaycan türklərinə qarşı asimilasyon siyasətinə xidmət edir.

Həmçinin yoxlayın

Evin zindanın qarşısında etiraz aksiyası keçirilib

GADTB: Mayın 13-də Tehranın Evin zindanında həbsdə saxlanılan siyasi məhbusların ailə üzvləri həbsxana qarşısına toplaşaraq …

Təbrizdə tarixi ev dağıdılıb

GADTB: Güney Azərbaycanda tarixi abidələrdən Təbrizdə qədim tarixə malik olan ev ekskavatorla sökülüb. Məlumata görə, …

Bir cavab yazın