Çərşənbə axşamı , Yanvar 19 2021
azfa

Rejim azərbaycanlı vicdan məhbusu Pərisa Rəfiini əlavə həbsə məhkum etmək istəyir

ətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Evin zindanında həbsdə saxladığı
Tehran Universitetinin həmkarlar ittifaqı fəalı, azərbaycanlı öyrənci Pərisa
Rəfiini yenidən şərləyərək, onu məhkəmədə bəraət aldıqdan sonra prokurorun
etirazı nəticəsində Apellyasiya Məhkəməsinə göndərib.

Pərisa Rəfiinin məhkəmə iclası 2020-ci il oktyabrın 11-də
Tehranın İnqilab Məhkəməsinin 26-cı şöbəsində keçirilmişdir.

Fəalın atası Sultən Əli Rəfii, şəxsi hesabında
paylaşdığı yazıda yazıb ki, Pərisa Rəfiinin vəkili Mustafa Nilinin dekabrın
26-ı səhər Tehran İnqilab Məhkəməsinin 26 saylı şöbəsində müvəkkilinin bəraət
aldığı və prokurorun qərara etiraz etdiyi haqda məlumatlandırılıb.

Qeyd edək ki, daha öncə Pərisa Rəfii avqustun
20-da Evin Məhkəməsinə aparılaraq “Sistemə qarşı təbliğat aparmaq”da
günahlandırıldığı bildirilmişdi.

İrəli sürülən yeni ittiham Pərisa Rəfiinin
2019-cü ilin may ayında irqçi fars rejim tərəfindən həbs edilənlərin ağır
vəziyyəti barədə yazdığı açıq məktubla əlaqədardır. 

Azərbaycanlı tələbə bu məktubda siyasi
fəallar, xüsusilə də qadınların İran zindanlarında saxlanıldığı acınacaqlı
vəziyyətdən bəhs edərək məhkəmə məmurları tərəfindən bakirəlik testi və edam
edilmə ilə təhdid edildiyini yazmışdı.

Bundan əvvəl rejim azərbaycanlı fəalı şərləyərək,
Tehran İnqilab Məhkəməsinin 26-cı şöbəsində “Ölkənin təhlükəsizliyini pozmaq
məqsədi ilə toplaşmaq”, “Sistemin əleyhinə təbliğat aparmaq” və “ictimai
asayişi pozmaq”da günahlandırılaraq 7 il həbs cəzası, eləcə də 74 şallaq
zərbəsinə məhkum etmişdi. Bundan əlavə, məhkəmə Rəfiinin 2 il müddətinə ölkədən
çıxışına qadağa qoyub və hər hansı siyasi qrupa üzv olmaq hüququndan məhrum
etmişdir. Sonralar isə fəal barəsində çıxarılan həbs qərarları bir il həbs ilə
əvəz edilib.

Güney Azərbaycanın Zəncan bölgəsindən olan
öyrənci 2018-ci il fevralın 25-də təhsil aldığı Tehran Universitetinin
qapısının önündə terrorçu Sepahın təhlükəsizlik bölməsinin məmurları tərəfindən
yaxalanaraq Evin zindanının 209-cu bölməsinə aparılmışdı. Fəal, 23 gün
təkadamlıq kamerada saxlandıqdan sonra martın 19-da mülki vəsiqə qarşılığında
zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Son fateh – Azərbaycan şahı Nadir şah Əfşar

GADTB: Hindistanın fatehi və böyük döyüşçü, Əfşarlar qəbiləsindən olan, Səfəvi ordusunun başçısı – Nadir, 1736-ci …

ABŞ dağıdıcı siyasət yeridən ölkələrə PUA satışını qadağan etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Rusiya, Çin, İran və Şimali Koreya kimi …

Bir cavab yazın