GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təhranın evin zindanın da qeyri-müəyyən vəziyyətdə saxlanılan azərbaycanlı milli-mədəni fəal Kazım Səfabəxşin (Koroğlu) ailəsi onun sağlamlığı və hansı şəraitdə saxlanmasından nigarandır.
«Təhran tıraxturçuları»nın lideri kimi tanınan Kazım Koroğlu «Tıraxtur» futbol komandası ilə «Pərspolis»in Təhran da keçirilən görüşü ərəfəsində axşam saatlarında saxlanılıb.
Fəalın yaxınlarından biri bildirib ki , ona ailəsi və yaxınları ilə görüşmək icazəsi verilmir. O yalnız bir neçə həftədə bir dəfə ailəsi ilə qısa təlefon əlaqəsi saxlayır. Həmin mənbənin verdiy məlumata görə, dəfələrlə fəalın vəsiqə qarşılığında sərbst buraxılacağı barədə vəd verib. Lakın verilən vəədlər yerinə yetirilməyib.