Çərşənbə axşamı , Aprel 23 2024
azfa

Rejim azərbaycanlı fəal Siyamək Mirzaini Təbəsdən də Qainə sürgünə göndərdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzaini Təbəsdən də Qainə sürgünə göndərib.

Fəal yaxınları ilə telefon əlaqəsi saxlayaraq polisin müşayiəti ilə bir illik sürgün cəzasını çəkmək üçün Cənubi Xorasan vilayətində yerləşən Qain şəhərinə göndərildiyini bildirib.

Qeyd edək ki, azərbaycanlı fəal 3 illik həbs cəzasını bir ay əlavə saxlanılmaqla sona vurub və Evin zindanında mülki vəsiqə qarşılığında zaminə buraxılıb.

Fəal Baharistan Məhkəməsində 1 illik sürgün cəzası ilə bağlı qərar verilmək üçün iyulun 28-də Evin zindanından Baharistanın Sultanabad 11-ci Polis Bölməsinə aparılıb. Baharistan Məhkəməsi iyulun 29-da fəalın Qain şəhərinə sürgün edilməsi ilə bağlı qərar çıxarıb. Fəal Təbəs şəhərinə sürgün edilməli di. Lakin keçirilən məhkəmədə sürgün ediləcəyi şəhər məhkəmə tərəfindən dəyişdirilib.

Azərbaycanlı fəal həbs müddəti qurtarandan sonra şərlənmişdi. O yenidən şərlənməsi, eləcə də müvəqqəti zaminə buraxılması üçün vəsiqənin ailəsi tərəfindən təmin edilməsinə baxmayaraq sərbəst buraxılmamasına etiraz olaraq Evin zindanındakı 209-cu bölməyə köçürüldükdən sonra 2019-cu il iyulun 1-də aclıq aksiyasına başlamışdı.

İrqçi fars rejim yenidən şərlədiyi azərbaycanlı milli-mədəni fəal Siyamək Mirzainin girov qarşılığında müvəqqəti zaminə buraxılmasına icazə verməmişdi.

Azərbaycanlı fəalın ailə üzvləri dünən 2019-cu il iyunun 30-da 30 milyon tümənlik mülki vəsiqəni təqdim etmək üçün Evin zindanının Müqəddəs Məhkəməsinin 6-cı şöbəsinə müraciət etmişdilər. Lakin fəalın ailəsi rejimin məmurlarının kobud cavabı ilə qarşılaşımışlar. Məmurlar demişdilər: “Gedin, hər zaman sizə zəng edilsə, onda gələrsiniz. Siyamək hələlik azadlığa buraxılmayacaq”.

Siyamək Mirzayi 3 illik həbs müddətinin sona çatması ilə yenidən həbsdə saxlanılması məqsədilə rejim tərəfindən yenidən şərlənərək 2019-cu il iyunun 26-da “sistemin əleyhinə təbliğat aparmaq” ittihamı ilə mühakimə edilmişdi. Hazırda fəal qurbət diyarda sürgün həyatı yaşamalıdı.

Həmçinin yoxlayın

Molla rejimi Bosniyada müsəlmanların başlarına gələnlər soyqırımı saymır

GADTB: İranın Belqraddakı səfiri Rəşid Həsənpur telekanala müsahibəsində deyib: “Bosniyada müsəlmanların başlarına gələnlər cinayət əməli …

Tehranın Əmir Kəbir Universitetində məcburi hicab qaydalarına etiraz

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə,  Tehranın Əmir Kəbir Universitetinin tələbələri məcburi hicab qaydalarının …

Bir cavab yazın