GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı fars rejim azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəminini 210 gün təkadamlıq kamerada işgəncə altında saxladıqdan sonra Evin zindanına köçürdü.
Qeyd edək ki, azərbaycanlı milli-mədəni fəal Tohid Əmirəmini Beynəlxalq Ana Dili Günü münasibətilə poster payladığı üçün Kyanuş Aslani ilə birlikdə yaxalanmışdır. Fəal indiyə qədər təkadamlıq kamerada işgəncə edilib.
Bir öncə isə Kyanuş Aslani Evin zindanına köçürülüb. Hazırda azərbaycanlı fəallar Tohid Əmirəmini, Kyanuş Aslani və Kazım Səfabəxş Evin zindanının 4-cü bölməsində həbsdə saxlanılırlar.