GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Qərbi Azərbaycan vilayətində yaxaladığı azərbaycanlı mədəni fəal Zeynəb Həmrəng Seyidbəylini Tehranın Evin zindanına salıb.
“HRA” agentliyi türk fəalın daha əvvəl məhkum olduğu 6 illik həbs müddətini keçirmək üçün Evin zindanına göndərildiyini bildirib.
Qeyd edək ki, təqaüdçü müəllim olan Zeynəb Həmrəng bir müddət əvvəl rejim tərəfindən şərlənərək “Milli təhlükəsizliyə qarşı toplaşma və birləşmə” və “Sistemə qarşı fəaliyyət” ittimahları ilə Tehran İnqilab Məhkəməsində mühakimə edilib və 6 il həbsə məhkum olmuşdu.
Z.Həmrəng keçən həftə Qərbi Azərbaycan vilayətinə səfər etdiyi zaman tutulub və 5 gün nəzarətdə saxlanıldıqdan sonra Tehrana köçürülüb.
Əslən Muğan bölgəsindən olan Zeynəb Həmrəng Seyidbəyli hazırda Tehranda yaşayır. O, keçən yanvar ayında rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb, bir müddət sonra mülki zəmanət qarşılığında müvəqqəti zaminə buraxılmışdı.