Çərşənbə , May 29 2024
azfa

Rejim həbs etdiyi azərbaycanlı fəal Məhəmməd Güneyli Təbrizdə məhkəməyə çağırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 10 ay öncədən həbs etdiyi azərbaycanlı fəal və hüquqşünası Məhəmməd Güneyli Təbrizdə məhkəməyə çağırdı.

Məhəmməd Güneylinin ailəsinə göndərilən çağırış vərəqəsində məhbusun noyabrın 16-da rejimin Təbrizdə yerləşən İnqilab Məhkəməsinə müraciət etməsi istənilib. Çağırış vərəqəsində fəalın “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək və düşmən ölkələrin xeyirinə casusluq etmək” ittihamı ilə mühakimə olunacağı qeyd olunub.

Qeyd edək ki, yanvarın 6-da cansız bədəni anasının evində tapılan Zəhra Nəvidpurun qətl məsələsini araşdırmaq istəyən Məhəmməd Güneyli irqçi fars rejimin terrorçu Sepah təşkilatı tərəfindən yaxalanıb. Fəal yanvarın 24-də rejimin Məlikandakı Sepahı tərəfindən yaxalanan gündən həbsdə saxlanılır.

Azərbaycanlı hüquqşünasın Tehrandakı evində həmçinin yanvarın 25-də axtarış aparılıb. Mülki geyimli məmurlar axtarış apararkən Məhəmməd Güneyliyə aid elektron əşyaları, kompüter və bir neçə kitabı müsadirə ediblər.

Fəal yaxalanandan 4 ay müddətinə təkadamlıq kamerada sorğu-suala tutulub. Güneyli  rejimin məmurlarının işgəncəsi nəticəsində bədən üzvlərində sınıqlar əmələ gəldiyi üçün bir müddət xəstəxanada müalicə alıb. O bu müddətdə ailəsi ilə bir neçə dəfə qısa telefon əlaqəsi saxlayıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin “Prime TV”-də “Rəisidən 853 nəfərə edam qərarı” mövzusunda çıxışı- Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan …

Molla rejimi Təbrizdə çox sayda azərbaycanlı öyrəncini təhsildən məhrum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars-molla rejimi Təbriz Universitetinin bir sıra tələbələrini …

Bir cavab yazın