Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Rejim qiyabi şəkildə azərbaycanlı fəalı həbs və şallaq cəzasına məhkum etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim azərbaycanlı milli-mədəni fəal Meysəm Colanini 6 ay həbs və 74 şallaq cəzasına məhkum edib.

Rejimin Ərdəbildə yerləşən 2 saylı Cinayət Məhkəməsinin 102-ci şöbəsi azərbaycanlı  fəal barəsində qiyabi şəkildə qərar çıxarıb.

Ərdəbildə məhkəmə hökmlərini icra edən şöbəsinin məmurları iyunun 14-də Colaninin ata evinə müraciət edərək, onun həbsə məhkum edildiyini və zindana müraciət etməli olduğunu bildirmişlər.

Azərbaycanlı fəal iyunun 15-də Ərdəbildə məhkəməsinin çıxardığı qərarla bağlı Apelyasiya Məhkəməsinə şikayət edib.

Qeyd edək ki, Meysəm Colani şərlənərək, məhkəmə tərəfindən “iğtişaş yaratmaqla ictimai nizam-intizamı pozmaq”da ittiham olunub.

O 2019-cu ilin noyabr ayında benzinin bahalaşmasına qarşı keçirilən kütləvi etirazlar zamanı yaxalanmışdır.

Fəal bir müddət saxlandıqdan sonra mülki vəsiqə qarşlığında zaminə buraxılmışdır.

Həmçinin yoxlayın

Molla rejimi nüvə məsələsində mövqeyindən geri çəkilmədiyini bildirir

GADTB: İran İslam Respublikası Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, son hadisələrə və …

Netanyahu: “Bu gün Mossad, İsrail ordusu və hərbi kəşfiyyata verdiyim tapşırıq İran İslam Respublikası rejimini devirməkdir”

Israel’s Prime Minister Benjamin Netanyahu attends the weekly cabinet meeting in Jerusalem on November 19, …

Bir cavab yazın