GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim 2006-ci il May Qiyamının ildönmündə Sulduz şəhidlərinin anım mərasimində iştirak etmək məqsədi ilə Qərbi Azərbaycana getmək istəyən 4 azərbaycanlı fəalı yolda yaxalayıb.
Azərbaycanlı fəallar Murtaza Məhəmmədi, Əlirza Çingizi, Murtaza Səfəri və Dədələr Əsğərianın yaxalandığı məlumdur. Yaxalanan fəallar naməlum istiqamətə aparılıblar. Onların hansı ittihamla yaxalandığı bilinmir.
Qeyd edək ki, 2006-cı ilin may ayında Güney Azərbaycanda Milli Qiyamın13-cü ildönümü ilə bağlı Azərbaycan şəhidlərinin məzarı ziyarət edilib. 2006-cı il mayın 25-də təkcə Sulduzda keçirilən dinc aksiyada Tohid Azəryun, Hümmət İsmzadə, Hüseyn Fəthipur və Əsgər Qasimi adlı 4 azərbaycanlı rejimin təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində şəhid olmuşdur.