Cümə axşamı , İyul 10 2025
azfa

Rejim tərəfindən həbs qorxusuna baxmayaraq Qarabağ və uyğur müsəlmanlarını himayə etməyi tələb etdilər-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünən irqçi fars rejimin təyin etdiyi Qüds günündə azərbaycanlı mədəni fəallar rejim tərəfindən həbs və işgəncə qorxusunun olmasına baxmayaraq, Qarabağ və uyğur müsəlmanlarının himayə edilməsinə dair plakatlar qaldırıblar.

Güney Azərbaycanın müxtəlif şəhərlərində, o cümlədən Urmiya, Rəşt və Güney Azərbaycanın başqa şəhərlərində azərbaycanlı fəallar üzərində Azərbaycan Respublikasının ərazi bütövlüyünün dəstəklənməsi, Qarabağ müsəlmanlarının və Çin zülmünə məruz qalan uyğur türklərinin himayə edilməsi zərurətini əks etdirən şüarlar yazılmış plakatlar qaldırıblar. Onlar Qüds günündə azərbaycanlıların və uyğur türklərinin də himayə edilməli olduğuna təkid ediblər.

Hələlik bu il müsəlmanları dəstəkləyən fəalların irqçi fars rejim tərəfindən tutulmasına dair məlumat verilmir.

Qeyd edək ki, irqçi fars rejim müsəlman azərbaycanlılar və uyğur türklərinə qarşı işğalçı Ermənistan və Çini dəstəkləyir. Həmin işğalçı dövlətlərə qarşı müsəlman azərbaycanlıları və uyğur türklərini dəstəkləyən fəalları isə hər il həbs edir. Hazırda azərbaycanlı fəal İbrahim Nuri də sırf bu məsələyə görə rejim tərəfindən Tehranın Evin həbsxanasında həbsdə saxlanılır.

Həmçinin yoxlayın

Britaniya Türkiyəyə “Tayfun” qırıcıları rəsmən təklif etdi

GADTB: Britaniya Türkiyəyə 40 ədəd “Tayfun” (Eurofighter Typhoon) çoxməqsədli döyüş qırıcılarını satmağı rəsmi olaraq təklif …

Azərbaycandan İran səfirinə Xankəndi Zirvə görüşü ilə bağlı cavab

GADTB: İran İslam Respublikasının Ermənistan Respublikasındakı səfiri Mehdi Sobhaninin İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində …

Bir cavab yazın