GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin təhlükəsizlik qüvvələri azərbaycanlı milli-mədəni fəallar Behnam Mirhaşimi və Yaşar Nikrunu yaxalamışdı.
2 gün öncə azərbaycanlı fəal Behnam Mirhaşimi Təbrizdə rejimin ETTELAAT İdarəsinə çağrılıb və həmin idarəyə gedən fəal geri dönməmişdi. Lakin rejimin qüvvələri həmin fəalı dünən sərbəst buraxıblar.
Rəşt Şəhərində rejimin ETTELAAT İdarəsinin ardıcıl təhdidlərindən sonra azərbaycanlı milli-mədəni fəal Yaşar Nikru da yaxalanmışdı. Həmin fəal isə hələ də həbsdə saxlanılır.