GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Urmiyada irqçi fars rejimin əlaltılarının Urmiya torpaqlarını İraq kürdlərinə satmasına etirazlar genişlənir.
Güney Azərbaycanın Urmiya şəhərində artıq azərbaycanlı fəallar divarlara şüarlar yazmaqla irqçi fars rejimin əlaltılarının Urmiya torpaqlarını İraq kürdlərinə satmasını pisləmiş və geniş kütləvi etirazlara başlamaq istədiklərini bildiriblər.
Bir qrup azərbaycanlı isə rejimin Azərbaycan torpaqlarını kürdlərə verməsini pisləmək məqsədilə Urmiyada kürdlərə satılan ərazidə dinc mitinq keçiriblər.
Qeyd edək ki, irqçi fars rejimin Urmiyaya vali təyin etdiyi terrorçu PKK tərəfdarı Məhəmməd Mehdi Şəhriyari və onun əlinin altında işləyən manqurd bələdiyyə başçısı Həzrətpur Urmiya və Qərbi Azərbaycan torpaqlarını kürdlərə satmaqla Qərbi Azərbaycanı kürdlərə verməyi planlaşdırırlar.