Rejimin Abbas Lisaninin ailəsinə təzyiqləri artdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Ərdəbildə yerləşən ETTELAAT İdarəsi azərbaycanlı fəal Abbas Lisaninin ailə üzvlərinə təzyiqlərini artırmaqdadır.

Ərdəbil Ticarət Palatası Ərdəbil zindanında həbs edilən Abbas Lisaninin oğluna iş yerinin 72 saat ərzində bağlayacağı barədə xəbərdarlıq edib.

Xəbərdarlıq vərəqəsi aprelin 7-də Əli Lisaniyə göndərilib. Vərəqədə yazılıb ki, hökm icra olduğu zaman problem yaranmaması üçün xarab olan əşyalar və lazımlı sənədlər təyin olunmuş müddətdə mağazadan çıxarılmalıdır.

Qeyd edək ki, Əli Lisaninin qızıl məmulatları təmiri mağazasının möhürlənəcəyi ilə bağlı son aylarda bir neçə dəfə xəbərdarlıq edilib. Ötən il avqust ayında Ərdəbil Polis İdarəsinin Cinayət-Axtarış Bölməsi Əli Lisaniyə iqtisadi fəaliyyət göstərməsi üçün həmin idarə ilə əməkdaşlıq etməsini təklif etmiş, lakin edilən təklif tanınmış fəalın oğlu tərəfindən kəskin şəkildə rədd edilmışdır.

Hazırda tanınmış azərbaycanlı milli-mədəni fəal Abbas Lisaninin həbsdə olmasından istifadə edən rejim fəalın ailəsinə təzyiqləri artırmaq üçün fəalın oğlunun işinə maneələr törətməyə başlayıb.

Həmçinin yoxlayın

Güney Azərbaycanda Azərbaycan İnsan Hüquqları Təşkilatı yaradılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda azərbaycanlı vəkil və hüquqşünaslar tərəfindən Azərbaycan …

Ərdəbil kəndlərində bayram münasibətilə uşaqlara türk dilində kitablar paylanıldı-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbildə azərbaycanlı  sənətçi və yazıçı Hüseyn Həsənnəjad anası …

Bir cavab yazın