GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Muğan bölgəsində yaşayan azərbaycanlı milli-mədəni fəal Seyid Rza Seyidnuri 2-ci Cinayət Məhkəməsinin 103-cü şöbəsindən bəraət alıb.
Cinayət Məhkəməsinin 103-cü şöbəsi Cinayət Prosessual Məcəllənin 4-cü maddəsinə istinadən azərbaycanlı milli-mədəni fəala qarşı irəli sürülən “Sistemə qarşı təbliğat”, “İran İslam Respublikasının banisini təhqir etmək” və “Xameneini təhqir etmək” ittihamlarını ləğv edib.
Qeyd edək ki, yanvar ayının 10-da həmin məhkəmə mədəni fəalı məhkəməyə dəvət edib həmin dosyeyə baxmağa səlahiyyətinin olmadığını bildirmiş, eləcə də azərbaycanlı fəalın dosyesini İnqilab Məhkəməsinə göndərmişdi.
Seyid Rza Seyidnuri 2020-ci il oktyabr ayının 18-də Nurduz gömrüyünün bağlanması tələbi keçirilən aksiyada həbs olunub. O, bir gün sonra 70 milyon tümənlik mülki vəsiqə qarşılığında zaminə buraxılmışdır.